Finlandiya polisi 2024-cü ildə nifrət zəminində törədilən cinayətlərlə bağlı rekord sayda müraciət qeydə alıb.
DenMedia.az xəbər verir ki, bu barədə Yle tele-radio şirkəti Tampere Polis Peşəkar Kollecinin hesabatına istinadən məlumat yayıb.
Hesabatda qeyd olunur ki, ötən il ərzində polis 1 808 belə cinayət faktını qeydə alıb ki, bu da əvvəlki illə müqayisədə 13% çoxdur.
“Belə cinayətlərin ən çox hədəfi Rusiya və Estoniya vətəndaşları, həmçinin keçmiş SSRİ-də doğulan şəxslər olub,” – deyə hesabatda bildirilir.

