“İnter Mayami”nin və Argentina millisinin hücumçusu Lionel Messi Fort Lauderdale sahilində 10,8 milyon dollar dəyərində malikanə alıb.
“Den.az” xəbər verir ki, bu barədə “The Real Deal” məlumat yayıb.
Malikanə okeanın sahilində yerləşir, 8 yataq otağı, spa otağı, idman zalı, hovuzu var. Malikanə Drayv Pink Stadionundan və argentinalı hücumçunun hazırkı komandasının məşq meydançasından təxminən 5 mil aralıda yerləşir.
Malikanə özü 1988-ci ildə tikilib və 2000-ci ildə genişləndirilib. Qeyd edilir ki, əvvəlki sahiblər bu malikanəni 9 milyon dollara alıb, Messiyə isə 10,8 milyon dollara satıblar.
Messinin yeni malikanəsi GÜNDƏM OLDU - FOTOLAR

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.