BelTA xəbər verir ki, Litva 20 noyabr tarixində Belarusla sərhəddə iki keçid məntəqəsinin fəaliyyətini bərpa edəcək.
Məlumata əsasən, cümə axşamından başlayaraq Medininkai (qarşı tərəfdə — Kamennı Loq) və Şalçininkai (qarşı tərəfdə — Beniakoni) avtomobil sərhəd məntəqələrinin yenidən açılması planlaşdırılır.
Bu qərar 19 noyabrda Litva hökumətinin Belarusla sərhədi açmaq barədə verdiyi qərardan sonra rəsmiləşib.
Xatırladaq ki, 29 oktyabrda Litva ölkə hava məkanında tez-tez görünən hava şarlarını səbəb göstərərək sərhədi bir aylıq bağlamışdı. Vilnüs həmin uçan vasitələrin qaçaqmalçılıq məqsədilə istifadə olunduğunu və mülki aviasiya üçün təhlükə yaratdığını bildirmişdi.
Belarus isə buna cavab olaraq Litva və Polşa nömrəli yük maşınlarının öz ərazisindən hərəkətini qadağan etmişdi.

