Keçmiş SS «Qalitsiya» diviziyasının döyüşçüsü Yaroslav Gunko, Rusiyanın ekstradisiya tələbinə baxmayaraq, hazırda Kanadanın North Bay şəhərində yaşayır. Bu məlumatı RIA Novosti açıq mənbələrə istinadən yayıb. Bildirilir ki, Gunko mart ayında 100 illik yubileyini qeyd edib.
Məlum olub ki, Gunko ailəsi ilə birlikdə şəhərin ictimai həyatında fəal iştirak edir. Xüsusilə 2022-ci ilin əvvəlində o, şəhərdə keçirilən pro-Ukrayna aksiyalarında görünmüşdü.
97 yaşlı Gunko həmin vaxt “sülh mitinqi”ndə Ukrayna bayrağına bürünmüş vəziyyətdə görüntülənmişdi.
Onunla birlikdə oğlu və nəvəsi də aksiyaya qatılmışdı.
Rusiya tərəfi Gunko haqqında ciddi ittihamlar irəli sürür. İstintaq Komitəsi müəyyən edib ki, o, ən azı 500 sovet vətəndaşının – o cümlədən yəhudilərin və polyakların – qətli ilə bağlıdır.
Bu səbəbdən:
Günko barəsində beynəlxalq axtarış elan edilib və onun günahını təsdiqləyən sənədlər Kanadaya təqdim olunub.
Lakin Ottava ekstradisiyadan imtina edib və Gunko Kanada ərazisində toxunulmaz şəkildə yaşayır.

