Rusiyada yaşayan azərbaycanlı keçmiş vəkil Elman Paşayev Moskvada saxlanılıb.
Den.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiyanın İstintaq Komitəsi yayıb.
Bildirilir ki, E.Paşayev barəsində Rusiya Cinayət Məcəlləsinin xüsusilə külli miqdarda dələduzluq maddəsi ilə cinayət işi başladılıb.
İstintaq məlumatına görə, o, müəyyən məbləğ qarşılığında rusiyalı bloqer Yelena Blinovskaya və həyat yoldaşı Alekseyi cinayət məsuliyyətindən azad etməyi vəd edib.
Bildirilib ki, sözügedən məsələ barədə razılaşma cari ilin fevralında keçmiş vəkillə Aleksey Blinovskinin şəxsi görüşü zamanı əldə edilib və Paşayev Blinovkidən bu məsələ ilə bağlı külli miqdarda pul alıb.
Qeyd edək ki, Yelena Blinovskaya 905 milyon rubl həcmində vergidən yayınmaqda, eləcə də ödənilməmiş vergilərin böyük bir hissəsinin leqallaşdırılmasında ittiham edilir. O, 2023-cü ilin aprelindən ev həbsində olsa da, 2024-cü ilin yanvarında hökmün şərtlərini pozduğuna görə həbs edilib. İstintaq Komitəsinin versiyasına görə, Aleksey Blinovski həyat yoldaşı Yelena ilə bu məsələdə əlbirdir. Buna baxmayaraq, o, xüsusi hərbi əməliyyatda iştirak etdiyindən ona qarşı istintaq dayandırılıb.
Xatırladaq ki, Elman Paşayev cari ilin aprelində Ukrayna müharibəsində yaralanmışdı.
Elman Paşayev saxlanıldı - DETALLAR

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.