Türkiyənin Balıkəsir vilayətində yerləşən Sındırgı rayonunda 3,8 bal gücündə zəlzələ baş verib.
DenMedia.az-ın məlumatına görə, hadisə yerli vaxtla saat 00:29-da qeydə alınıb. Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) zəlzələnin 5,25 kilometr dərinlikdə baş verdiyini açıqlayıb.
Bildirilib ki, Sındırgı rayonu AFAD tərəfindən fəlakət bölgəsi elan edilib.

