Ukrayna prezidenti Vladimir Zelenski Kiyevin Avropa İttifaqına üzvlük üçün nəzərdə tutulan altı danışıqlar klasterinin hamısını 2026-cı ildə bağlamağı hədəflədiyini bildirib. Onun sözlərini “Evropeyskaya Pravda” yayıb.
Zelenski deyib:
“Avrokomissiya etiraf edir ki, biz üç klasteri açmağa hazırıq. Üç klaster yarısı deməkdir. Biz bunun üçün lazım olan hər şeyi etmişik. Hamı anlayır ki, ilin sonunadək bütün altı klasterin açılması üçün texniki işləri tam tamamlayacağıq. Bunu hamı qəbul edir.”
Hazırda Aİ danışıqları mərhələli şəkildə davam etdirir və Kiyevin texniki uyğunlaşma prosesinin Brüsseldə diqqətlə izlənildiyi bildirilir.

