Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya tərəfi ABŞ prezidenti Donald Tramp administrasiyasının təklifləri əsasında ciddi işləməkdə maraqlıdır. Bu barədə RIA Novosti məlumat yayıb.
Rusiya və ABŞ arasında danışıqlar 2 dekabrda Kremlində keçirilib. Görüş zamanı tərəflər ABŞ-ın irəli sürdüyü sülh planı üzrə kompromisə gələ bilməyiblər. Prezidentin köməkçisi Yuri Uşakov qeyd edib ki, əsas maneə ərazi məsələsi olaraq qalır, baxmayaraq ki, Amerika təkliflərinin bir hissəsi “az-çox qəbul edilə bilən” görünür.

