India Today jurnalisti Gita Moxanın bildirdiyinə görə, Vladimir Putin Hindistanlı media nümayəndələrinə müsahibəsində ABŞ prezidentinin kürəkəni Cared Kuşner və Trampın xüsusi nümayəndəsi Stiv Uitkoffla keçirilən görüşün mahiyyəti və real atmosferi barədə ilk dəfə açıq danışıb.
Jurnalistin sözlərinə görə, görüş Kremldə eyni gündə, Kuşner və Uitkoffun müxtəlif zallarda yerləşdiyi saatlarda baş tutub. Elə ertəsi gün Putin geniş müsahibə verib. Moxa bu hadisəni Rusiya–ABŞ münasibətlərində yeni səhifə kimi qiymətləndirib.
Putin söhbət zamanı qəbul edilmiş qərarlardan yox, tərəflərin planlarından, mövqelərindən və danışıqların hansı istiqamətə doğru hərəkət etdiyindən danışıb. Prezident bildirib ki, əsas məsələ tərəflərin gələcək addımlarının hansı şərtlər altında real ola biləcəyidir.
Çərşənbə gecəsi Kremlin ərtafında aparılan intensiv danışıqlara baxmayaraq, tərəflər ABŞ-ın sülh planı üzrə ortaq nöqtə tapa bilməyiblər. Prezidentin köməkçisi Yuri Uşakov elan edib ki, əsas maneə ərazi məsələsidir, baxmayaraq ki, amerikalıların bəzi təklifləri Kreml üçün “qəbul edilə bilən çərçivəyə” düşür.

