Macarıstanın Baş naziri Viktor Orban bəyan edib ki, prezident Rəcəb Tayyib Ərdoğanla Rusiya qazının Türkiyə üzərindən Macarıstana ötürülməsinin davam etdirilməsinə dair təminat əldə edilib.
“Bu gün prezident Ərdoğanla razılaşdıq ki, Türkiyə tərəfi bizə Rusiyadan qaz əldə etməyimiz üçün marşrutu təmin edəcək”, — deyə Orban İstanbuldakı mətbuat konfransında bildirib.
O xatırladıb ki, 2025-ci ildə Budapeşt “Türkiyə axını” ilə 7,5 milyard kubmetr qaz alıb.
Anadolu agentliyinin məlumatına görə, mətbuat konfransında Orban həmçinin Türkiyənin Ukrayna münaqişəsinin həlli istiqamətindəki səylərini alqışlayıb və Ərdoğanı “bu prosesdə yeganə uğurlu vasitəçi” adlandırıb.

