Tailand və Kamboca arasında döyüşlər bütün sərhəd boyunca yenidən başlayıb. Bu barədə Khaosod portalı yazır.
“Tailand və Kamboca sərhədinin bir neçə rayonunda döyüş toqquşmaları qeydə alınıb. Bir hərbçi həlak olub, daha dörd nəfər yaralanıb”, — məlumatda deyilir.
Rəsmi mənbələr hadisələrin ardıcıllığını belə təqdim edib:
-
Kamboca Silahlı Qüvvələri Tailand sərhədində atəş açıb;
-
Kamboca BM-21 reaktiv yaylım sistemləri ilə Tailand mövqelərini vurub;
-
bundan sonra Tailand Hərbi Hava Qüvvələri cavab aviazərbəsi endirib;
-
Kamboca Müdafiə Nazirliyi isə Tailandı ortaq sülh bəyannaməsini pozmaqda günahlandırıb;
-
hazırda Tailand 641 məktəbi bağlayıb, sərhəd bölgələrindəki əhalinin təxminən 70 faizini təxliyə edib və Kambocadan izahat tələb edib.
CNN qeyd edir ki, münaqişənin gələcək istiqaməti qeyri-müəyyəndir.
Tailandın Baş naziri Anutin Çarnvirakul bildirib ki, ölkə “heç vaxt zorakılıq istəməyib”, lakin “suverenliyin pozulmasına yol verməyəcək”.
“Əlavə hərbi zərbələr barədə qərar vəziyyətin gedişinə uyğun veriləcək”, — deyə baş nazir bildirib.

