Rusiya və ABŞ ikitərəfli münasibətlərdə “qarşılıqlı qıcıqlandırıcılar” mövzusunda növbəti görüş keçirib. Bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov İnterfaks agentliyinə bildirib.
Ryabkovun sözlərinə görə, tərəflər gündəliyin bütün məsələlərini kifayət qədər ciddi, peşəkar və dərin səviyyədə müzakirə etmək imkanı əldə ediblər. O qeyd edib ki, bəzi mövzular üzrə müəyyən irəliləyiş əldə olunsa da, əsas məsələlər hələ də açıq qalır.
Nazir müavini danışıqların detalları barədə açıqlama verməyib, lakin irəliləyiş üçün əlavə səylərin, o cümlədən siyasi səviyyədə impulsların lazım ola biləcəyini istisna etməyib.
Onun sözlərinə görə, növbəti danışıqlar raundu gələn ilin yazında baş tuta bilər, lakin dəqiq tarix hələ müəyyənləşməyib.DenMedia.az

