ABŞ İsraili ərəb ölkələrinin mənfi reaksiyasına səbəb ola biləcək addımlardan çəkinməyə və Qəzza ilə bağlı Vaşinqtonun sülh planına sadiq qalmağa çağırır. Bu barədə The Times of Israel ABŞ-dan olan adı açıqlanmayan rəsminin KİV-lərə göndərilən açıqlamasına istinadən yazır.
“İsrail nə qədər çox təxribat törədirsə, ərəb ölkələrinin onunla əməkdaşlıq etmək istəyi bir o qədər azalır”, — deyə amerikalı rəsmi xəbərdarlıq edib.
Rəsminin sözlərinə görə, ABŞ Donald Trump tərəfindən irəli sürülmüş və beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilmiş 20 maddəlik sülh planını tam şəkildə dəstəkləməkdə davam edir.
“Plan Qəzzada təhlükəsizlik, idarəetmə və bərpa məsələləri üzrə mərhələli yanaşmanı nəzərdə tutur. Bütün tərəflərin üzərinə götürdükləri öhdəliklərə əməl edəcəyini gözləyirik”, — deyə o əlavə edib.

