ABŞ ordusunun istefada olan polkovnik-leytenantı Daniel Devis Ukraynadakı münaqişənin son mərhələyə keçdiyini bildirib.
O, bu fikirləri YouTube kanalında yayımlanan çıxışı zamanı səsləndirib.
Devisin proqnozuna görə, cəbhə xətti getdikcə daha çox qərbə doğru çəkiləcək. Onun sözlərinə görə, Ukrayna hakimiyyəti insanları döyüş zonasına getməyə razı salmaqda çətinlik çəkir. Bu səbəbdən Ukrayna Silahlı Qüvvələrinin (VSU) sayı azalır ki, bu da ordunu zəiflədir.
“Rusiyanın hücum tempi artır. (…) Son 24 tam ay ərzində elə bir yer olmayıb ki, ukraynalılar ruslara qarşı müqavimət göstərə və mövqelərini saxlaya bilsinlər. Heç biri. İndi isə vəziyyət daha da sürətlənir”, — deyə Devis bildirib.

