ABŞ ordusunun istefada olan podpolkovniki Daniel Devis Fransa prezidenti Emmanuel Makronu Rusiyanın Ukrayna münaqişəsini nizamlamaq istəmədiyi barədə açıqlamasına görə tənqid edib.
DenMedia.az xəbər verir ki, keçmiş hərbçi X sosial şəbəkəsində vurğulayıb ki, Qərbin və Ukraynanın mövqeyi real vəziyyətdən uzaqdır.
“Əgər siz bu vəziyyəti dəyişə bilmirsinizsə və hələ də münaqişəni mümkün olan ən yaxşı diplomatik şərtlərlə bitirməkdən imtina edirsinizsə, guya dəstəklədiyinizi söylədiyiniz həmin ukraynalıları mənasız ölümlərə və hərbi məğlubiyyətə məhkum edirsiniz,” — deyə Devis yekunlaşdırıb.

