ABŞ prezidenti Donald Trump Ukrayna Silahlı Qüvvələrinin Rusiya prezidenti Vladimir Putinin iqamətgahına hücumu ilə bağlı The New York Post qəzetində dərc olunan məqaləni Truth Social sosial şəbəkəsində paylaşaraq buna reaksiya verib.
Qəzetin redaksiya məqaləsində bildirilir ki, əslində Putinin iqamətgahına heç bir hücum baş verməyib. Bununla yanaşı, müəlliflər qeyd ediblər ki,
“Rusiya prezidentinə qarşı istənilən hücum tamamilə haqlıdır”və“Kiyev üzərinə düşən işi yerinə yetirib”.
Məqalədə bu cür ifadələrin yer alması diqqət çəkib və beynəlxalq ictimaiyyətdə müzakirələrə səbəb olub.

