ABŞ-ın sabiq prezidenti Co Baydenə Ağ Ev tarixində ən yüksək dövlət pensiyası təyin edilib. Bu barədə The New York Post məlumat yayıb.
Nəşrin yazdığına görə, Baydenin illik pensiya ödənişi təxminən 417 min ABŞ dolları təşkil edir ki, bu məbləğ onun prezident olduğu dövrdə aldığı maaşı da üstələyir. Qeyd olunur ki, sabiq ABŞ liderinin pensiyası digər keçmiş prezident Barack Obamanın aldığı pensiyadan iki dəfə çoxdur.
ABŞ Milli Vergiödəyiciləri Fondunun vitse-prezidenti Damian Brady bildirib ki, Baydenin uzunmüddətli siyasi karyerası ona iki ayrı pensiya fondundan yüksək ödəniş almaq imkanı yaradıb. Onun sözlərinə görə, siyasətçi prezident postundan ayrıldığı ilk ildən etibarən bu iri məbləğdə pensiya almağa başlayıb.

