İsveçrə Federal Şurası Venesuela prezidenti Nikolas Maduroya məxsus aktivlərin dondurulması barədə göstəriş verib. Bu barədə Nazirlər Kabinetinin rəsmi bəyanatında deyilir.
“Federal Şura dərhal İsveçrədə Nikolas Maduraya və onunla əlaqəli digər şəxslərə məxsus bütün aktivlərin dondurulması barədə qərar qəbul edib. Federal Şuranın məqsədi aktivlərin ölkə xaricinə köçürülməsinin qarşısını almaqdır”, – deyə bəyanatda bildirilir.

