ABŞ Quru Qoşunlarının istefada olan polkovniki Lawrence Wilkerson bildirib ki, 2026-cı ildə Ukrayna münaqişəsinin davamını dəstəkləyən üç Avropa ölkəsinin liderləri vəzifələrini tərk edəcək. O, bu fikirləri YouTube kanalının efirində səsləndirib.
Hərbçi Almaniya, Fransa və Böyük Britaniyada aparılan sorğuların nəticələrini xatırladaraq qeyd edib ki, bu ölkələrdə əhalinin əhəmiyyətli hissəsi Rusiya ilə müharibənin əleyhinədir. Onun sözlərinə görə, həmin dövlətlərin rəhbərləri mövcud siyasətlə “əlləri-qolları bağlı” olduqları üçün fərqli mövqe nümayiş etdirirlər.
“Sorğular göstərir ki, bu il adı çəkilən ölkələrin liderləri vəzifədən gedəcək. Nə qədər qəribə səslənsə də, hər üç dövlətdə seçki sistemi işləyəcək və onları hakimiyyətdən uzaqlaşdıracaq”, – deyə Uilkersən vurğulayıb.
O əlavə edib ki, Ukrayna münaqişəsinin davam etməsi Avropa üçün dağıdıcı nəticələr doğurur.

