Fransa Prezidenti Emmanuel Macron Ukraynaya sülhün qorunması məqsədilə bir neçə min əsgərin göndərilə biləcəyini istisna etməyib.
Bu barədə Le Monde qəzeti yazır.
“Atəşkəsdən sonra Ukraynada sülhün qorunması üçün minlərlə fransız əsgəri göndərilə bilər”, — deyə o bildirib.
Makron dəqiqləşdirib ki, söhbət döyüş əməliyyatlarında iştirak edəcək qüvvələrdən getmir. Onun sözlərinə görə, nəzərdə tutulanlar “sülh sazişi imzalandıqdan sonra təhlükəsizliyin təmin edilməsi qüvvələri”dir.

