ABŞ Prezidenti Donald Trump bəyan edib ki, onun müdaxiləsi olmasaydı, Rusiya hazırda bütün Ukrayna üzərində nəzarəti ələ keçirərdi.
Bu barədə o, Truth Social sosial şəbəkəsindəki səhifəsində yazıb.
“Mənim müdaxiləm olmasaydı, Rusiya hazırda bütün Ukraynanı əldə etmiş olardı”, — deyə Tramp qeyd edib.
Onun sözlərinə görə, hər kəs üçün xoşbəxt haldır ki, o, ilk prezidentlik dövründə ABŞ silahlı qüvvələrini yenidən qurub və bu prosesi davam etdirir.
Tramp vurğulayıb ki, Birləşmiş Ştatlar NATO-nu həmişə dəstəkləyəcək, “hətta onlar bizi dəstəkləməsələr belə”.
Prezident əlavə edib ki, Çin və Rusiya tərəfindən qorxulan və hörmət edilən yeganə ölkə ABŞ-dır.

