Böyük Britaniya Ukraynaya 13 ədəd Raven hava hücumundan müdafiə sistemi və iki ədəd Gravehawk adlı yeni HHM sisteminin prototipini təhvil verib. Bu barədə UK Defence Journal Böyük Britaniya Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
Nəşrin dəqiqləşdirdiyinə görə, Raven sistemləri artıq Ukrayna ordusunun silahlanmasındadır. Bu sistemlər xüsusilə Kiyevə tədarük üçün hazırlanıb.
“Müdafiə Nazirliyi Raven sistemlərinin artıq Ukraynanın silahlanmasında olduğunu bildirib… Nazirlik eyni zamanda Gravehawk proqramı üzrə irəliləyişi də təsdiqləyib”, — məqalədə qeyd olunur.
Məlumata əsasən, Gravehawk hava hücumundan müdafiə sistemlərinin yeni tədarükləri yaxın vaxtlarda gözlənilir.

