ABŞ müdafiə naziri Pete Hegseth bəyan edib ki, artıq “paltar geyinən kişilər” Amerika ordusunun diqqətini yayındırmır. O, bu fikirləri Lockheed Martin silah konserninin Texas ştatında yerləşən müəssisəsində çıxışı zamanı səsləndirib.
Hegseth bildirib ki, Pentaqon orduda əsas vəzifələrdən yayındıran bütün amilləri aradan qaldırmaq niyyətindədir.
Nazirin sözlərinə görə, ABŞ ordusu ideoloji gündəmdən uzaqlaşaraq yenidən birbaşa hərbi hazırlıq və döyüş qabiliyyətinə fokuslanmalıdır.

