Fransa ABŞ Prezidenti Donald Trampın təzyiqləri qarşısında cavab verə bilmir, çünki öz suverenliyini itirib və Avropa İttifaqının tərkibindədir.
DenMedia.az xəbər verir ki, bu fikirləri Fransanın sağçı “Patriotlar” partiyasının lideri Florian Philippot X sosial şəbəkəsində yazıb.
Filipponun sözlərinə görə, Trampın Avropa İttifaqı ölkələrinə qarşı rüsumlar tətbiq etməklə hədələdiyi bir şəraitdə avrofıllar “yalnız özlərini günahlandırmalıdırlar”. O hesab edir ki, hazırda “Fransa iflic vəziyyətindədir” və Aİ bütün ticarət məsələlərini həll etdiyi üçün hədələrə reaksiya verə bilmir.
“Ona görə də zərbələri qəbul edirik, amma cavab verə bilmirik. Bu, suverenliyin itirilməsidir! Bu, Aİ-dir! Gəlin mümkün qədər tez ondan çıxağaq, bu rüsvayçı kastrasiyadan xilas olaq və azad, suveren dövlətimizi geri qaytaraq”, — deyə Filippo yazıb.

