ABŞ Prezidenti Donald Trump tarixə böyük lider kimi düşmək istədiyini bildirib.
O, NewsNation telekanalına müsahibəsində deyib:
“İstərdim ki, mirasım böyük prezident olmağım olsun. Böyük prezident anlayışı çox şeyi əhatə edir: ölkənin təhlükəsiz olması, rifahın təmin edilməsi, hər şeyin qaydasında getməsi və bir millət kimi xoşbəxt olmağımız”.
ABŞ lideri əlavə edib:
“Məni böyük prezident kimi tanımalarını istəyirəm. Böyük prezident bütün məsuliyyəti üzərinə götürür”.

