Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas tarix mövzusunda çoxlu kitab oxuduğunu bildirib və bunun ona “çox ağıllı olmağa” kömək edəcəyinə ümid etdiyini deyib. Bu barədə o, Aİ nazirlərinin görüşündən sonra keçirilən mətbuat konfransında danışıb.
Kallas jurnalistlərdən birinin ona Suriya tarixi ilə bağlı kitab hədiyyə etməyi təklif etməsinə cavab olaraq bildirib ki, oxuduğu kitabların siyahısı kifayət qədər uzundur.
“Oxuduğum kitabların siyahısı xeyli uzundur. Hazırda nə oxuduğumu deməyəcəyəm, amma bu, müxtəlif regionların tarixi ilə bağlıdır. Hamısını bitirəndən sonra çox ağıllı olacağam”, — deyə o qeyd edib.

