Venesuela prezidentinin səlahiyyətli nümayəndəsi Delcy Rodriguez siyasi məhbuslara ümumi amnistiya tətbiq edilməsi barədə qərarı açıqlayıb.
O, Venesuela Ali Məhkəməsində 2026-cı il üçün məhkəmə fəaliyyətinin açılışına həsr olunmuş rəsmi tədbirdə çıxışı zamanı bildirib ki, 1999-cu ildən bu günədək baş vermiş siyasi zorakılıq dövrünü əhatə edən ümumi amnistiya haqqında qanunun təşviqinə başlanılacaq. Tədbir dövlət televiziyası Venezolana de Televisión vasitəsilə yayımlanıb.
Rodriges məhkəmə islahatı üzrə komissiyaya və demokratik birgəyaşayış və sülh proqramına yaxın vaxtlarda ümumi amnistiya haqqında qanun layihəsini Milli Assambleyaya təqdim etməyi tapşırıb. O, deputatları siyasi qarşıdurma, zorakılıq və ekstremizmin yaratdığı yaraların sağaldılması və ölkədə ədalətin bərpası üçün maksimal əməkdaşlığa çağırıb.
Səlahiyyətli prezident bildirib ki, bu qanun layihəsi Venesuela prezidenti Nicolas Maduro ilə müzakirə edilib. Ali Məhkəmənin tribunasından çıxış edən Rodriqes “qisasdan, zorakılıqdan və revanşdan uzaq durmağa, bir-birinə hörmətlə yanaşmağa” çağırıb.
Bundan əlavə, o, Karakasda yerləşən Elikoide həbsxana kompleksinin bağlanacağını və onun polis əməkdaşlarının ailələri və yaxın ərazilərin sakinləri üçün sosial, idman, mədəni və ticarət mərkəzinə çevriləcəyini də açıqlayıb.

