Çin ABŞ-a giriş zamanı Çin şirkətlərinin əməkdaşlarının əsassız saxlanılması və dindirilməsi ilə bağlı kəskin etirazını bildirib.
Bu barədə Çin XİN-in rəsmi nümayəndəsi Lin Tsyan açıqlama verib.
Diplomatın sözlərinə görə, son vaxtlar ABŞ hüquq-mühafizə orqanları Çin şirkətlərinin əməkdaşlarını uzunmüddətli və əsassız şəkildə dindirir, saxlayır və deportasiya edir. Lin Tsyan vurğulayıb ki, Pekin bu vəziyyətdən ciddi narazıdır və qəti etiraz edir.
O, ABŞ tərəfini sərt və qanunsuz üsullardan istifadə etməkdə, Çin vətəndaşlarının qanuni hüquqlarını pozmaqda və iki ölkə arasında işgüzar mühiti zədələməkdə ittiham edib. Çin rəsmisi Vaşinqtonu bu cür addımları dərhal dayandırmağa çağırıb və bildirib ki, Pekin öz vətəndaşlarının hüquqlarını qorumaq üçün bütün zəruri tədbirləri görməyə davam edəcək.

