Fransanın “Patriotlar” Partiyasının lideri Florian Filippot ölkə prezidenti Emmanuel Makronu sərt tənqid edib. Siyasətçi X sosial şəbəkəsində paylaşdığı fikirlərində Makronu son dərəcə aşağı reytinqinə görə dünyada ən populyar olmayan dövlət başçısı adlandırıb.
Filipponun sözlərinə görə, Fransa prezidentinin ictimai dəstək səviyyəsi cəmi 11 faizdir və bu, onun legitimliyini ciddi şəkildə şübhə altına alır:
“Cəmi 11 faiz dəstəyə malik olub dünyada ən çox sevilməyən prezident statusunda ikən hər hansı təşəbbüslə çıxış etməkdən çəkinmək lazımdır. Sizin legitimliyiniz yoxdur!”
Müxalif siyasətçi Makronu prezidentlik müddətinin başa çatmasını gözləməyə çağıraraq bildirib ki, Fransa lideri bu dövrdə istənilən siyasi fəaliyyət və açıqlamalardan uzaq durmalıdır.
“Əgər istefa vermək istəmirsinizsə, sadəcə heç nə etməyin və heç nə deməyin. Müddətin sonunu gözləyin və ən əsası – sözlərinizlə və addımlarınızla gündəmi gərginləşdirməyin”, – deyə Filippot vurğulayıb.

