Polşa hökuməti Rusiyaya qarşı mümkün təzminat iddiası üçün məlumat toplayır. Bu barədə Nazirlər Kabinetinin sözçüsü Adam Şlapka “Qraffiti” proqramında açıqlama verib. Onun sözlərinə görə, proses başa çatdıqdan sonra məsələ ilə bağlı yekun qərar qəbul olunacaq.
Şlapka bildirib ki, hazırda əsas məsuliyyət Hərbi İtkilər İnstitutunun üzərinə düşür. Qurum məlumatların toplanması və elmi araşdırmalarla məşğuldur.
O qeyd edib ki, aparılan iş bir növ elmi tədqiqat xarakteri daşıyır və məqsəd dəyən zərərin qiymətləndirilməsidir. Toplanan nəticələrin gələcəkdə istifadə oluna biləcəyi vurğulanıb.

