Fransa Prezidenti Emmanuel Makron liderin ona göstərilən etimadı məsuliyyət kimi qəbul etməli olduğunu bildirib.
O, bu barədə Brut India platformasına müsahibəsində danışıb.
Makron etiraf edib ki, həddindən artıq özünə inam bəzi hallarda onu ciddi səhvlərə aparıb.
“Hər dəfə həddindən artıq özümə güvəndiyimdə səhvlər etdim, böyük səhvlər… Lider olaraq başa düşməlisən ki, kimsə sənə etimad göstərirsə, bu artıq sənin məsuliyyətindir”, – deyə Fransa lideri vurğulayıb.

