Bukinqem sarayı Böyük Britaniya hökumətinin Kral III Çarlzın kiçik qardaşı Endryu Mauntbetten-Vindzoru taxt varisliyindən çıxarmaq niyyətinə mane olmayacağını bildirib. Bu barədə The Times nəşri Əlahəzrətin kanselyariyasındakı mənbəyə istinadən yazıb.
Mənbənin sözlərinə görə, varislik siyahısından çıxarılma məsələsi tamamilə Parlamentin səlahiyyətinə daxildir və saray parlamentin iradəsinə qarşı çıxmayacaq.
Fevralın 20-də Sky News hökumətin bununla bağlı qanun layihəsini parlamentə təqdim etməyi nəzərdən keçirdiyini bildirib. YouGov şirkətinin sorğusuna əsasən, respondentlərin 82 faizi bu addımı dəstəkləyir.
Bununla belə, qərarın qüvvəyə minməsi üçün Birlik ölkələri ilə məsləhətləşmələr aparılmalı və sabiq York hersoqu barəsindəki bütün istintaq prosedurları tamamlanmalıdır.

