Fransanın sağçı “Patriotlar” partiyasının lideri Florian Philippot bildirib ki, prezident Emmanuel Macronun Ukraynaya kredit ayrılması və Rusiyaya qarşı yeni sanksiyalar paketi ilə bağlı açıqlamaları “tam ağılsızlıq” əlamətidir.
Filippo sosial şəbəkə X hesabında yazıb ki, Makron fransızların maraqlarına zidd addımlar atır və Macarıstanın vetosunu görməzdən gəlirmiş kimi davranır.
O, Fransa prezidentini “mexaniki şəkildə ən absurd vədləri səsləndirən robot”a bənzədib.

