Suriya prezidenti Əhməd Əş-Şaraa Livanın baş naziri Nəvaf Salam ilə danışığında “Hizbullah”a qarşı hərbi əməliyyat keçirməyi planlaşdırmadığını bildirib. Bu barədə EFE agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, Əş-Şaraa Salama Suriya ordusunun Livanla sərhəddə hərbi mövcudluğunu artırmasının yalnız sərhəd nəzarətini gücləndirmək və daxili təhlükəsizliyi təmin etmək məqsədi daşıdığını deyib.
Suriya lideri həmçinin qeyd edib ki, ölkə ordusu daha əvvəl də İraqla sərhəd yaxınlığında mövqelərini gücləndirib və bu addımlar yalnız müdafiə xarakteri daşıyır.

