İranın SEPAH-ına bağlı “Əl-Qüds” xüsusi bölməsinin sabiq komandiri İsmayıl Qaaninin İsrailin “Mossad” kəşfiyyatı ilə əməkdaşlıq şübhəsi ilə edam edildiyi iddia olunur. Bu barədə Nationalnews nəşri məlumat yayıb.
Məlumata görə, ABŞ və İsrailin birgə əməliyyatı nəticəsində İranın ali lideri Ayətullah Əli Xamenei və təhlükəsizlik strukturlarının bir sıra yüksək vəzifəli şəxsləri öldürüldükdən sonra Qaaninin sağ qalması müxtəlif şübhələrə səbəb olub.
Nəşr yazır ki, hazırda sosial şəbəkələrdə SEPAH rəhbərliyinin Qaanini saxlaması və ya hətta edam etməsi ilə bağlı təsdiqlənməmiş məlumatlar yayılır. İddialara görə, o İsrail kəşfiyyatına işləməkdə şübhəli bilinib.
Eyni zamanda İsrail ordusu (TsAXAL) sosial şəbəkə X platformasında paylaşdığı məlumatda Qaaninin SEPAH tərəfindən saxlanıldığını və sonradan edam edildiyini bildirib. Bildirilir ki, o ABŞ-İsrail bombardmanı zamanı Xamenei ilə birlikdə olub, lakin sağ qalaraq gizlənə bilib, bu isə ona qarşı şübhələri daha da artırıb.
Qeyd edək ki, İran rəsmiləri bu məlumatları rəsmi şəkildə təsdiqləməyib.

