Pakistan hökuməti Əfqanıstanda həyata keçirilən “Qazab lil-Haq” hərbi əməliyyatını müvəqqəti dayandırmaq qərarı verib.
Bu barədə ölkənin informasiya naziri Attaullah Tarar məlumat verib.
Atəşkəs müqəddəs Ramazan bayramı münasibətilə tətbiq olunur və Səudiyyə Ərəbistanı, Qətər və Türkiyənin müraciəti əsasında qəbul edilib.
Məlumata görə, atəşkəs martın 19-na keçən gecədən qüvvəyə minəcək və 5 gün davam edəcək.
Pakistan tərəfi bildirir ki, bu addım müsəlman dünyasına qarşı xoş niyyət jestidir, lakin bayramdan sonra əməliyyatların yenidən aktiv mərhələyə keçəcəyi vurğulanıb.
Eyni zamanda, Kabil Pakistan Hərbi Hava Qüvvələrinin zərbəsi ilə bağlı BMT-dən araşdırma aparılmasını tələb edib.

