Qara dənizin sahilində, İstanbulun şimalında raket başlığı aşkar edilib.
Bu barədə IHA agentliyi məlumat yayıb.
Məlumata görə, Yalıköy kəndinin sahilində yerli sakinlər tərəfindən tapılan sursat dərhal aidiyyəti qurumlara bildirilib.
Hadisə yerinə cəlb olunan istehkamçılar döyüş başlığını zərərsizləşdiriblər.
Raket başlığının mənşəyi barədə hələlik məlumat verilməyib.
Tapıntı regionda təhlükəsizliklə bağlı sualları artırıb.

