Ukraynada müharibə başa çatmadan səsvermənin keçirilməsi mümkün olmayacaq. Seçki kampaniyasına isə yalnız atəşkəs rejimi elan edildikdən altı ay sonra başlamaq mümkün olacaq.
Bu barədə Ukraynanın Mərkəzi Seçki Komissiyası məlumat verib.
Qeyd olunur ki, bu qərar ABŞ ilə gərginliyə səbəb ola bilər, çünki Vaşinqton mümkün razılaşmalar çərçivəsində seçkilərin keçirilməsində israr edir.

