Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail hakimiyyətini sərt şəkildə tənqid edib. Bu barədə SNN telekanalı məlumat yayıb.
Onun sözlərinə görə, regionu dağıdan və bütün bəşəriyyətə iqtisadi yük gətirən tərəf məhz İsraildir.
“Bu qanunsuz müharibəyə görə məsuliyyət daşıyan tərəf, regionumuzu dağıntıya çevirən və bütün bəşəriyyətə ağır iqtisadi yük qoyan, münaqişə, xaos və böhranlardan asılı olan İsrail rejimidir”
Ərdoğan bildirib ki, münaqişənin uzanmasına və yeni cəbhələrin açılmasına səbəb olacaq hər hansı inkişaf İsrailin strategiyasına xidmət edir.
Onun sözlərinə görə, bu cür ssenarilər bütün Yaxın Şərq üçün zərərli nəticələr doğuracaq.

