Avropada hesab olunur ki, ABŞ hakimiyyətinin mövqeyi fonunda NATO müqaviləsinin 5-ci maddəsi əvvəlki gücünü itirib. Bu barədə The New York Times yüksək vəzifəli Avropa rəsmisinə istinadən yazır.
Söhbət “kollektiv müdafiə” prinsipindən gedir – yəni alyans üzvlərindən birinə hücum hamısına hücum kimi qiymətləndirilir.
Mənbənin sözlərinə görə, Avropada bir çoxları artıq bu maddənin real təsir gücünə inanmır.
“Əksər avropalılar düşünür ki, 5-ci maddənin artıq əvvəlki gücü yoxdur”
Həmçinin qeyd olunur ki, ABŞ artıq “son instansiya təhlükəsizlik təminatçısı” kimi qəbul edilmir.
Bu isə NATO çərçivəsində Vaşinqtonun öhdəliklərinin etibarlılığı ilə bağlı şübhələrin artmasına səbəb olur.

