Fransanın Rafale qırıcıları Rusiya sərhədindən 130 kilometr məsafədə yerləşən Litvanın Şyaulyay aviabazasına yerləşdirilib.
Bu barədə Military Watch Magazine xəbər verir.
Yerləşdirmə NATO-nun bölgədə hava məkanına nəzarət missiyasının gücləndirilməsi ilə əlaqələndirilir.
Alyans üzv ölkələrin aviasiyasını daimi əsasda hava polisi tapşırıqlarına cəlb edir. Rafale qırıcıları uzaq mənzilli qanadlı raketlər də daxil olmaqla müxtəlif silah növləri daşıya bilir.

