Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, Qarabağı könüllü tərk etmiş erməni əhalinin geri qayıdışı mövzusunun müzakirəsi artıq məhsuldar deyil. O, bu fikirləri “Mülki Müqavilə” partiyasının proqramını təqdim etdiyi video müraciətdə səsləndirib.
Onun sözlərinə görə, bu məsələnin davamlı şəkildə gündəmdə saxlanması regionda sülh və sabitliyə xidmət etmir.
Biz kim harada yaşayıb, hansı əmlak kimə məxsus olub məsələlərini müzakirə etməyi dayandırırıq. Bu mərhələ bağlanıb. Yalnız bu yolla davamlı sülhə doğru irəliləmək mümkündür. Bizim mövqeyimiz var, amma digər tərəflərin də mövqeyi mövcuddur.
Paşinyan vurğulayıb ki, bundan sonra əsas diqqət siyasi tənzimləmə və regionda gərginliyin azaldılmasına yönələcək.

