Niderlanddakı muzeydən oğurlanmışdı. Bu barədə Associated Press məlumat yayıb.
Artefakt Dakya mədəniyyətinə aid olub və milli irsin əsas nümunələrindən biri hesab edilir. O, çərşənbə axşamı Henri Coandă Hava Limanına gətirilərək Milli Tarix Muzeyinə təhvil verilib.
Rumıniyanın Mədəniyyət Nazirliyinin məlumatına görə, dəbilqə ilə birlikdə oğurlanan üç qızıl bilərzikdən ikisi də geri qaytarılıb. Üçüncü bilərzik isə hələ də axtarışdadır. Niderland prokurorluğu bildirib ki, axtarışlar davam edir.
Hadisə 2025-ci ilin yanvarında baş verib. Üç nəfər muzeyin qapısını sındıraraq içəri daxil olub, daha sonra partlayış baş verib. Niderland mediasına görə, özəl hazırlanmış pirotexniki qarışıqdan istifadə olunub. Müşahidə kameraları hadisəni qeydə alıb və bu insident Avropada böyük rezonans doğurub.
Hazırda Niderlandda üç şübhəli şəxs üzrə məhkəmə prosesi davam edir. Aprel ayında prokurorluq müsadirə olunan artefaktları Assendə təqdim edib. Robert van Lang bildirib ki, dəbilqə yalnız cüzi zədələrlə tapılıb, bilərziklər isə tam vəziyyətdə qorunub.
Kornel Konstantin İlie qeyd edib ki, bu əşyalar “ölkənin kimliyini formalaşdıran tarixi yaddaşın bir hissəsidir”. O həmçinin bildirib ki, dəbilqənin əridilərək yox edilə biləcəyi ilə bağlı ciddi narahatlıqlar olub.
Demetr Andraş İşvan vurğulayıb ki, hadisə mədəni irsin nə qədər həssas və risk altında olduğunu göstərir.
Rumıniya mediasına görə, artefaktlar qısa müddətlik Buxarestdə sərgilənəcək, daha sonra isə restavrasiya işlərinə başlanacaq.

