ABŞ Prezidenti Donald Tramp bildirib ki, ona qarşı bir neçə dəfə edilən sui-qəsd cəhdlərini ölkəyə göstərdiyi təsirlə əlaqələndirir.
“Onlar ölkəyə ən böyük təsir göstərən prezidentləri öldürməyə çalışırlar,” — deyə Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında qeyd edib.
O, həmçinin vətəndaşları fikir ayrılıqlarını sülh yolu ilə həll etməyə çağırıb.
Xatırladaq ki, Vaşinqtonda jurnalistlərin illik qəbulunun keçirildiyi oteldə silahlı insident baş verib. Tədbirdə Tramp, həyat yoldaşı və ABŞ administrasiyasının üzvləri iştirak edirdi.
Məlumata görə, hücum edən şəxs saxlanılıb. Hadisə zamanı ABŞ Gizli Xidmətinin bir əməkdaşı yaralanıb.
Trampın sözlərinə görə, həmin əməkdaşın həyatını gülləkeçirməz jilet xilas edib.

