ABŞ prezidenti Donald Tramp bildirib ki, milli qvardiyaçılara edilən hücum ölkə üçün əsas təhlükənin — qanunsuz miqrantların göstəricisidir.
Bu barədə DenMedia.az onun xalqa müraciətinə istinadən yazır.
Bundan əlavə, Tramp keçmiş prezident Co Bayden dövründə ABŞ-a gələn bütün Əfqanıstan vətəndaşlarının təcili şəkildə yenidən yoxlanılmasını tələb edib.
Çıxışı zamanı Tramp Ağ Evin yaxınlığında iki milli qvardiyaçını güllələyən şəxsə ədalətin təmin ediləcəyinə söz verib.
“ABŞ prezidenti olaraq qərarlıyəm ki, bu vəhşi cinayəti törədən məxluq mümkün olan ən yüksək cəzanı alsın,” — deyə o bəyan edib.
Trampın sözlərinə görə, əvvəlki administrasiya ölkəyə 20 milyon “yoxlanılmamış və naməlum əcnəbinin” daxil olmasına şərait yaradıb. O, bir daha Amerikanı yenidən təhlükəsiz edəcəyinə söz verib.

