İsrail hakimiyyəti Beyrutda hərbi əməliyyatların genişləndirilməsi üçün ABŞ-dan icazə istəyib. Bu barədə Jerusalem Post qəzeti məlumat yayıb.
Mənbənin məlumatına görə, İsrail nümayəndələri bu məsələ ilə bağlı yüksək səviyyədə amerikalı həmkarlarına müraciət ediblər.
Onlar İsrail Müdafiə Ordusuna Beyruta zərbələrin miqyasını artırmaq imkanı verilməsini istəyiblər.
ABŞ tərəfinin mümkün cavabı ilə bağlı əlavə detallar hələlik açıqlanmır.

