İranın ali lideri Müctəba Xamenei müsəlmanların Eyd-e Qədir bayramı münasibətilə 2000 məhbusun əfv olunması barədə qərar qəbul edib.
Məlumata görə, qərar ölkənin məhkəmə hakimiyyətinin rəhbərinin müraciətindən sonra verilib.
Xameneinin mətbuat xidmətinin bildirdiyinə görə, əfv və ya cəzaların yüngülləşdirilməsi ümumilikdə 2000 məhkuma şamil ediləcək.
“Ali lider Ayətullah Müctəba Xamenei Eyd-e Qədir bayramı münasibətilə məhkəmə hakimiyyətinin rəhbərinin 2000 məhkumun əfv edilməsi və ya cəzalarının yüngülləşdirilməsi ilə bağlı müraciətini təmin edib”, deyə mətbuat xidmətinin Telegram kanalında yayılan məlumatda qeyd olunub.

