Fransa Prezidenti Emmanuel Makron ölkənin silahlı qüvvələri qarşısında çıxışı zamanı “qarşıdakı müharibələrə hazırlaşmağa” çağırıb.
“The Guardian” nəşrinin məlumatına görə, Makron bildirib ki, gələcək münaqişələri idarə etmək imkanları Fransanın bugünkü mövqeyindən asılı olacaq.
“Biz qarşıdakı müharibələrə hazırlaşmalıyıq. Lakin anlamalıyıq ki, onları idarə etmək qabiliyyətimiz bu gün tutduğumuz mövqedən asılı olacaq. Məhz bugünkü müharibələri qazanmalıyıq”, — deyə Fransa lideri vurğulayıb.
Makron çıxışında Ukraynaya və Yaxın Şərqdəki tərəfdaşlara dəstəyi də qeyd edib. Onun sözlərinə görə, Fransa Aİ müttəfiqləri ilə birgə satınalmalar və tərəfdaşlıq vasitəsilə döyüş imkanlarını gücləndirməlidir.

