Ukraynanın Baş naziri Yuliya Sviridenko istefa ərizəsini parlamentə təqdim edib.
Bu addım Prezident Volodimir Zelenskinin “siyasi strategiyada dəyişiklik” açıqlamasından sonra atılıb.
Məlumata görə, Zelenski Sviridenkoya yeni mühüm vəzifə təklif edib. Onun Ukraynanın ABŞ-dakı səfiri olacağı iddia olunur.
Sviridenkonun istefasının parlamentdə 14 iyulda müzakirəyə çıxarılacağı bildirilir.
Ukraynanın yeni baş naziri və Nazirlər Kabinetinin tərkibinin də bu həftə ərzində etimad səsverməsindən sonra dəqiqləşəcəyi gözlənilir.

