Böyük Britaniya Xarici İşlər Nazirliyi təhlükəsizlik vəziyyətinin pisləşməsi səbəbindən İrandakı diplomatik əməkdaşlarını müvəqqəti olaraq ölkədən çıxarıb.
Britaniya hökumətinin iyulun 22-də yenilənmiş rəsmi məlumatında bildirilir ki, Tehrandakı səfirlik məsafədən fəaliyyətini davam etdirəcək. Qərarın diplomatik əməkdaşların həyatı və sağlamlığı ilə bağlı təhlükələr nəzərə alınaraq verildiyi qeyd olunur.
Böyük Britaniyanın bu addımı ABŞ–İran qarşıdurmasının yenidən kəskinləşdiyi bir vaxta təsadüf edir.
ABŞ və İsrail 2026-cı il fevralın 28-də İrana qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlayıb. İyun ayında tərəflər arasında müvəqqəti atəşkəs razılaşması əldə edilsə də, iyulun 8-də ABŞ Hörmüz boğazında gəmilərə hücumları əsas gətirərək İrana zərbələri bərpa edib.
Bölgədə gərginliyin davam etməsi fonunda Britaniya vətəndaşlarına İrana səfər etməmək tövsiyə olunur. Britaniya XİN ölkədəki vətəndaşlarına yerində konsulluq yardımının son dərəcə məhdud olduğunu bildirir.

